Yazar
Hilal Ağamoğlanov
Basım Yeri
Azərbaycan İlahiyyat İnstitutu -
Azərbaycan İlahiyyat İnstitutu
Konu
Din Araşdırmaları Jurnalı, 2025-01, p.149-171
Tür
kitap
Dil
Arapça
Dijital
Evet
Yazma
Hayır
Kütüphane
Mektup Kütüphanesi
Demirbaş Numarası
ISSN: 2618-0030, EISSN: 3006-2772, DOI: 10.30546/3006-2772.1011.022
Kayıt Numarası
cdi_doaj_primary_oai_doaj_org_article_6894cd929d264f9caf42fdbbb4adea37
Lokasyon
DOAJ Directory of Open Access Journals
Notlar
Məqalədə Qafqaz Müsəlmanları İdarəsinin II Şeyxülislamı kimi təqdim olunan Fazil İrəvaninin bu vəzifədə olub-olmadığı araşdırılmışdır. Yazıda 1823–1873-cü illər aralığında mərkəzi Tiflis şəhərində olan məhəmmədi dini ruhanilərinin başçıları həmin dövrə aid kameral təsvir və təqvimlərlə, eləcə də o vaxta dair yazılmış məqalələrlə təhlil edilmişdir. Oxucuda aydın təsəvvür yaranması üçün mövzuya “şeyxülislamlıq” titulunun mahiyyəti, yaranma tarixi, bizim dini və siyasi coğrafiyada istifadəsi haqqında məlumatlarla başlanılmışdır. Çar Rusiyası İrəvan xanlığını istila etdikdən sonra, İrəvanda yaşamış Şeyxülislam Axund Molla Məhəmmədlə Nəcəfdə qərarlaşan Molla Məhəmməd Fazil İrəvani arasında ad eyniliyindən bənzərlik yaranmışdır. “Qafqazda İslam və şeyxülislamlar” kitabının müəllifində onların eyni şəxs olduğu haqqında təsəvvürü yaranmış, nəticədə, onu Qafqaz müsəlmanlarının II Şeyxülislamı kimi təqdim etmişdir. Bu baxımdan, məqalədə Fazil İrəvaninin həyatı barədə qısa məlumatlar verilmiş və fəaliyyətinə nəzər salınmışdır. İrəvanda yaşayan Şeyxülislam Axund Molla Məhəmmədə gəldikdə, kameral təsvirlərə əsasən, onun doğum tarixinin 1771-ci il olduğu müəyyən edilmişdir. “Şeyxülislam” adlandırılmasının səbəbləri araşdırılmış, Qacar hakimiyyəti dövründə İrəvan xanlığının xan tərəfindən təyin edilmiş rəsmi şeyxülislam vəzifəsi daşıdığına dair güclü ehtimallar aşkarlanmışdır. Xalq arasında nüfuzuna və ruhani olaraq ehtiramına görə, Çar Rusiyasında da şeyxülislam kimi qəbul olunmuş, qəzavət və şəriət məhkəməsi rəhbəri vəzifəsini davam etdirmişdir. Məqalədə onların bir çox cəhətdən – ata adları, doğum və vəfat tarixləri, təhsil məkanları, dəfn olunduqları ərazi, övladlarının sayı və adlarının tamamilə fərqli olduğu göstərilmişdir. Həmçinin onun şeyxülislam olduğu iddia edilən dövrdə müsəlmanların başçısı olaraq Tiflisdə fərqli şəxslərin adlarının keçdiyi aşkar edilmişdir. Aydın olmuşdur ki, bu iki şəxsin hər birinə aid olan özünəməxsus fakt və məlumatlar vardır. Yuxarıda adıçəkilən kitabda həmin məlumatlar birləşdirilmiş, vahid bir şəxs obrazı yaradılmış, bütün fakt və məlumatlar həmin şəxsə şamil edilmişdir.
Detaylı Başlık
Qafqaz Müsəlmanlarının II Şeyxülislamı Fazil İrəvani: Faktlar və ziddiyyəltər arasında