Yazar
İbrahim Quliyev
Basım Yeri
Azərbaycan İlahiyyat İnstitutu -
Azərbaycan İlahiyyat İnstitutu
Konu
Din Araşdırmaları Jurnalı, 2019-12, p.65-75
Tür
kitap
Dil
Arapça
Dijital
Evet
Yazma
Hayır
Kütüphane
Mektup Kütüphanesi
Demirbaş Numarası
ISSN: 2618-0030, EISSN: 3006-2772
Kayıt Numarası
cdi_doaj_primary_oai_doaj_org_article_6d6c866a4c8d4bea89a52411c558b354
Lokasyon
DOAJ Directory of Open Access Journals
Notlar
Hədisşünaslıq ən faydalı və ən geniş yayılmış İslam elmlərindən biridir. İstər hədisi-şərifləri, istərsə də onun tarixini və metodologiyasını öyrənənlər İslam mədəniyyəti ilə daha da dərindən tanış olur, əqidəvi (kəlami) və şəri (dini-hüquqi) məsələləri bu elmin vasitəsilə doğru-düzgün öyrənirlər. Sözügedən elmin ən mühüm faydalarından biri də Qurani-Kərimə daha da dərindən bələd olmağa nail olmaqdır. İslam tarixindən yaxşı məlumdur ki, Həzrət Peyğəmbər (s), ondan sonra onun Əhli-Beyti (ə) və sədaqətli səhabələri Allah taalanın nazil etdiyi Müqəddəs Kitabda keçən dərin mətləbləri, mütəşabeh (çətin başa düşülən) mənaları çox sadə, lakin elmi şəkildə müsəlmanlara izah etmişlər. Bu haqda QuraniKərim belə bəyan edir: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə onlar da düşünüb dərk edələr!” deyə buyurmuşdur (Qurani-Kərim 1991, “ən-Nəhl” surəsi, ayə 44). Beləliklə, məqalə iki hissədən ibarətdir. Birinci hissədə oxuculara hədisin dindəki əhəmiyyəti haqqında bəhs edilmişdir. Məhz buna görə də dini məsələlərin həllində İslam alimləri Qurandan sonra ikinci qaynaq olaraq hədis və sünnəyə müraciət etmişlər. Bu halda, əlbəttə, mövcud hədisin doğruluğunu (səhihliyini) müəyyən etmək lazımdır. Məqalənin ikinci hissəsi isə hədis elminin bölümləri haqqındadır. Burada hədisşünaslığın əhatə etdiyi elmlər, onların yaranma və inkişaf tarixi ilə yanaşı, həmin elmlər sahəsində yazılmış ən məşhur əsərlər tanıdılmışdır.
Detaylı Başlık
Hədisin əhəmiyyəti və hədis elminin bölmələri