Yazar
Ənvər Mustafayev
Basım Yeri
Azərbaycan İlahiyyat İnstitutu -
Azərbaycan İlahiyyat İnstitutu
Konu
Din Araşdırmaları Jurnalı, 2024-12, p.107-130
Tür
kitap
Dil
Arapça
Dijital
Evet
Yazma
Hayır
Kütüphane
Mektup Kütüphanesi
Demirbaş Numarası
ISSN: 2618-0030, EISSN: 3006-2772, DOI: 10.30546/3006-2772.1011.019
Kayıt Numarası
cdi_doaj_primary_oai_doaj_org_article_14af40ebd8764c94aeb598094149efb3
Lokasyon
DOAJ Directory of Open Access Journals
Notlar
Nasirəddin Əbu Səid Abdullah ibn Ömər ibn Məhəmməd əl-Beyzavinin məşhur təfsir əsəri olan “Ənvar ət-tənzil və əsrar ət-təvil” yazı üslubu baxımından ecazkarlıq nümunələrindən hesab edilir. İslami elmlərlə bağlı bir çox əsər yazan alim dərin elmi biliyə malik olmuşdur. O, fiqh və fiqh üsulu kimi əqli elmlərdə də məşhur olmuşdur. Bu baxımdan, alim ibadət, davranış, əxlaq, halal və haram kimi mövzuları əhatə edən fiqhi, yaxud ehkam ayələrinin təfsirində öz bacarığını göstərmişdir. Mənası hər kəs tərəfindən aydın olan, heç bir təfsirə və izaha ehtiyac olmayan ehkam ayələrinin sayı haqqında müxtəlif fikirlər səsləndirilir. Təmizlik və ibadət kimi ayinlər insanın Yaradıcı qarşısında yerinə yetirməsi vascib olan önəmli öhdəliklərindən hesab edilir. Məhz bu məqalədə ehkam ayələri baxımından Beyzavi təfsirində yer alan dəstəmaz, qüsl və təyəmmüm kimi təmizlik, eləcə də ibadətlərin əsası və sütunu olan namaz mövzularına toxunulub. Mövzuların işlənməsində təsviri üslubdan istifadə edilmiş, müfəssirin təmizlik və ibadət kimi məsələlərlə bağlı təfsiri tədqiqat obyektinə çevrilmişdir. Beyzavi bu kimi ayələri təfsir edərkən özündən əvvəl gələn alimlərin metod və yolunu izləmiş, mənsubu olduğu şafei məzhəbinə üstünlük vermişdir. Müfəssir ayələrin təfsirində hər hansı məsələdə digər alim və məzhəb imamlarının fikir və düşüncələrini nəql edərkən, onların dəlillərini də qeyd etmişdir (Beyzavi bu kimi düşüncə və dəlilləri nəql edərkən “qilə” (deyildi), “ruviyə” (rəvayət edildi) səpkili feilləri məchul növdə işlətmiş, həmin məzhəb və ya alimlərin adlarını qeyd etməmişdir. Bundan başqa o, qeyd edilən ehkam ayələrinin təfsirində fikirlərini təsdiqləmək üçün digər ayələrdən, eləcə də hədis, icma və qiyas kimi önəmli mənbələrdən nümunələr gətirmişdir. Beyzavi, həmçinin kəlmələrin tələffüzündə müxtəlif qiraət imamlarının oxunuşuna da toxunmuş, təfsir etdiyi ayələrə zənginlik gətirmişdir.
Detaylı Başlık
Beyzavinin “Ənvar ət-tənzil və əsrar ət-təvil” əsərində bəzi ehkam ayələrinin təfsir metodu (Təmizlik və ibadət kontekstində)