Yazar
Nəsrulla Məmmədov
Basım Yeri
Azərbaycan İlahiyyat İnstitutu -
Azərbaycan İlahiyyat İnstitutu
Konu
Din Araşdırmaları Jurnalı, 2019-12, p.107-118
Tür
kitap
Dil
Arapça
Dijital
Evet
Yazma
Hayır
Kütüphane
Mektup Kütüphanesi
Demirbaş Numarası
ISSN: 2618-0030, EISSN: 3006-2772
Kayıt Numarası
cdi_doaj_primary_oai_doaj_org_article_47be1508ef7a4cdab909988bd39464af
Lokasyon
DOAJ Directory of Open Access Journals
Notlar
Məqalədə Quranın Cahiliyyə dövrü ərəblərinin dilindən fərqli bir üslubda nazil edilməsindən bəhs olunur. Qeyd olunur ki, ilahi mətnin fərdi xarakterə malik olduğunu sübut edən və ecaz xüsusiyyətlərinə aid olan keyfiyyətlərindən biri də onun qiraəti, vəzni və ehtiva etdiyi ahəngdarlığı ilə bağlıdır. Bəşəriyyəti heyrətləndirən bu səmavi kitabın qiraətinin özünəməxsus qaydalara tabe olduğunu, onu oxuyan zaman müəyyən avaza riayət olunmasını vacib edən amillər kimi, müvafiq Quran ayəsi və Həzrət Peyğəmbərin hədisləri misal çəkilir. Müəllif Quranın vəzn sisteminin ərəb nəsrində olan səcdən, nəzminin isə ərəb qafiyəsindən seçilən fərdi xarakterini göstərmək üçün onun ən mühüm altı özünəməxsus cəhətini qeyd edir. O, Quran ayələrinin mövcud bölgüsü ilə bağlı Qərb şərqşünaslarının əsassız iddialarına cavab vermək və Allah kəlamının bu baxımdan sabit qaydalara əsaslandığını bildirmək üçün müəyyən paralellər və müqayisələr aparır və beləliklə, həmin filoloqların fikirlərinin doğru olmadığını bildirir. Müəllifin fikrinə görə, Quranın həm surə, həm də ayə quruluşu, onun tərtibi, ifadə tərzi və üslubu, oradakı məna çalarları, ahəngdarlıq və vəzn xüsusiyyətləri onu bəşəri düşüncənin yaratdığı bütün ədəbi nümunələrdən fərqləndirir, Allah kəlamının təkrarsız bir ədəbi nümunə olduğunu təsdiqləyir.
Detaylı Başlık
Qurani-Kərimdə ahəngdarlıq və vəzn